Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2023 , 00:01

11559

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

BAMS proqramının yeni, daha təkmil versiyası hazırlanır

Ötən dövr ərzində ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılması məqsədilə birləşmə yolu bələdiyyələrin sayını xeyli azaldılıb. Keçirilən hər bələdiyyə seçkisində seçilən bələdiyyə üzvləri sırasında ali təhsilli şəxslərin, qadınların, gənclərin sayında əsaslı artım müşahidə edilib.

Bu barədə “Heydər Əliyev yerli özünüidarəetmənin banisidir” mövzusunda konfransda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev çıxış edərkən deyib.

O qeyd edib ki, Ulu Öndərin bizə miras qoyduğu dövlətçilik prinsipləri bu gün də yaşayır. Ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsaslanaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar aparılır. Bu islahatlar özünüidarəetmə sahəsindən də yan keçmir. Bələdiyyələrin inkişafı üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılır.

“Assosiasiyalar yerli sosial problemləri və onların aradan qaldırılması üsullarını, beynəlxalq təcrübəni, qabaqcıl metodları öyrənir. 2016-cı ilin fevralından başlayaraq milli assosiasiyalar tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) Proqramı tətbiq olunub, ölkə bələdiyyələrinin proqrama qoşulması təmin edilib. BAMS Mərkəzi Bankın “Hökumət Ödəniş Portalı”na da inteqrasiya olunub və yerli vergi və ödənişlərin portal vasitəsi ilə ödənilməsi təmin edilib. Bu sistem bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılmasına müsbət təsir göstərib. Bu gün assosiasiyalar bələdiyyələrlə müxtəlif dövlət orqanları, xüsusilə Prezidentinin Administrasiyası, eləcə də Ərazi-təşkilat məsələləri şöbəsi, Milli Məclis, eləcə də Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyi arasında münasibətlərin inkişafına töhfəsini verməkdədir. Hazırda Prezident Administrasiyasının müvafiq sektorunun bilavasitə dəstəyi ilə assosiasiyaların işinin təkmilləşdirilməsi üzrə əhatəli tədbirlər həyata keçirilir, BAMS-nın yeni, daha təkmil versiyası hazırlanır”, - deyə Təmraz Tağıyev vurğulayıb.


https://azertag.az/xeber/Belediyyelerin_Avtomatlasdirilmis_Melumat_Sistemi_Proqraminin_yeni_daha_tekmil_versiyasi_hazirlanir-2570117?fbclid=IwAR0m1nHNs_XGHQzlsQIG6H8MPVxkz9YT_7IYkLDHx0Lm-5IAVlAHeG1PBzQ

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
353

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
727

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
576

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
701